Y&R Yeni Zelandiya agentliyi Schick Amerika brendi ilə əməkdaşlığı çərçivəsində maraqlı reklam kampaniyası təqdim edib.
Oxu.Az buro247.az-a istinadla xəbər verir ki, saqqal və bığların trend olduğunu nəzərə alan agentlik təmsilçiləri “Dərini azad et” reklam kampaniyası çərçivəsində müasir metroseksualları yönləndirmək qərarı veriblər. Nəticədə alıcılara müasir kişilər arasında populyar olan təbii tüklü üz əvəzinə tüklü heyvanların video və foto seriyaları təklif olunub.