Dünyanın ən məşhur subaylarının siyahısı dərc edilib.
Oxu.Az “People” jurnalına istinadən xəbər verir ki, birinci yeri Co Manqanyello tutub, o tamaşaçılara “Əsl qan” və “Ananızla necə görüşmüşəm” seriallarından tanışdır.
Qalib üçlüyə aktyor və musiqiçi Cared Leto, eləcə də müğənni Sem Smit daxil olublar. Onluqda monarxiyanın nümayəndəsi, şahzadə Harri də var.
Ümumilikdə reytinqə 100 subay kişinin adı daxildir. Siyahı ənənəyə görə “People” redaksiyası tərəfindən heç bir metodologiya tətbiq edilmədən, redaksiyanın şəxsi rəğbəti əsasında tərtib edilib.
2014-cü ilin subaylarının top siyahısının ilk onluğu:
1. Manqanyello

2. Cared Leto

3. Sem Smit

4. Yen Somerholder

5. Aşer

6. Riki Martin

7. Liam Hemsvort

8. Stiven Makkuin

9. Tayler və Kemeron Uinklvossı

10. Şəhzadə Harri
