Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ruslar payızda harada istirahət edəcəklərini açıqladılar - Siyahıda Azərbaycan da var
Rusiyalı turistlərin əksəriyyəti payız istirahətini dəniz kənarında keçirmək istəyir.
Xidmət mütəxəssisləri üç mindən çox istifadəçi arasında sorğu keçirərək payızda harada tətil keçirməyin daha cəlbedici olduğunu müəyyən ediblər.
Sorğuda iştirak edənlərin 38 faizi suyun istiliyinin 25 dərəcə olduğu dəniz sahilində istirahət etməyi üstün tuturlar. Sorğuda iştirak edənlərin təqribən 16 faizi isə mövsümün sona çatdığı dəniz kurortlarında səyahəti seçəcəklərini bildiriblər.
Avropada gəzinti turları 14 faiz respondent üçün maraq doğurur, 4 faiz payızı Baltikyanı ölkələrdə qarşılamaq istədiyini, 3 faizi isə ilin bu dönəmində qonşu ölkələr - Ermənistan, Gürcüstan, Azərbaycana getmək lazım olduğunu söyləyib.
Xidmət respondentlərinin dörddə biri payız tətilini evdən uzaqlaşmadan keçirmək istədiyini bildirib. Bunlardan 6 faizi bağ evlərində istirahəti, 9 faizi meşə gəzintisi və ya balıq ovunu, 10 faizi isə istirahətini evdə divanda TV qarşısında seriallara baxaraq, kitab oxuyaraq və ya toxuculuqla məşğul olaraq keçirmək istədiyini açıqlayıb.
Payızda istirahət etmək üçün aviabiletləri alınan ölkələrin siyahısında ilk onluğa Özbəkistan, Ermənistan, Almaniya, İspaniya, İtaliya, Moldova, Qazaxıstan, İsrail, Türkiyə və Monteneqro daxildir.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"