Türkiyəli aktrisa Gülriz Sururi “Instagram” hesabında paylaşdığı bikinili fotoşəkili ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, 87 yaşlı teatr ulduzunun təqibçiləri qocaman aktrisaya “Bu yaşda, bu gözəlliyə maşallah” kimi təriflər yağdırıblar.

Xatırladaq ki, G.Sururi 2014-ci ildə də buna bənzər paylaşım etmiş və “Özümü bu yaşımda necə də yaxşı qoruya bilirəm. Özümlə fəxr edirəm. Mənim yaşımda da belə ola bilərsiniz” şərhini yazmışdı.

A.S.
www.oxu.az