Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti İlhamə Quliyevadan titul istəyib.
Oxu.Az “Onlar” verilişinə istinadla bildirir ki, primadonna meyxanaçının arzusunu ürəyində qoymayıb, ona da titul verib:
“Namiqi çox istəyirəm. Onun sənətinə və şəxsiyyətinə hörmət edirəm. Ona belə bir titul verirəm: meyxanaçı filosof. O, filosofdur. Belə də davam etsin”.
Xalq artisti bundan sonra pullu piyar edəcəyini də söyləyib:
“Bankda hesab açdırmışam. Kim istəyir ki, onu reklam edim, mənim hesabıma pul ödəsin”.
Primadonna ölkənin bir nömrəli prodüseri Tolik haqqında da fikir bildirib:
“Onu Almaniyadan Azərbaycana mən gətirmişəm. O, çılğın insandır. Gərək kim söz deyir, susasan, cavab verməyəsən. Amma kim isə həddindən artıq çaşanda onu yerində otuzdurmaq lazımdır. Mənə qarşı kim çaşır, o, dağdan aşır”.
Aytən Sadıqzadə
www.oxu.az