Azərbaycanlı rəqqasə Oksana Rəsulova dekabrın 18-də mətbuat konfransı keçirəcək.
Oxu.Az-a açıqlama verən rəqqasə deyib ki, o, sabah sürpriz bir layihəsini media işçilərinə təqdim edəcək:
“Sabah çox gözəl bir layihəm işıq üzü görəcək. Həmin layihənin nədən ibarət olduğunu isə hələ ki, sirr saxlamaq istəyirəm. Sabah hər şeyə aydınlıq gətirəcəyəm. Bircə onu deyə bilərəm ki, məndən gözləmədiyiniz bir layihə gəlir”.
Qeyd edək ki, O.Rəsulovanın mətbuat konfransı Park Bulvarda yerləşən Park Cinema-da keçiriləcək.
Aytən Sadıqzadə