Tanınmış ingilis fotoqraf Devid Hamilton Parisdəki evində ölü tapılıb
Oxu.Az Report-a istinadən xəbər verir ki, Fransa polisi 83 yaşlı fotoqrafın intihar etdiyini açıqlayıb.
Məlumata görə, D.Hamiltonun meyitinin yanında intihar məqsədilə istifadə etdiyi düşünülən xeyli sayda dərman preparatları tapılıb.
Faktla bağlı araşdırma aparılır.
A.S.
www.oxu.az