Hollivudun "Paramount" kinostudiysı "Pik saatı 4" (Rush Hour) filminin çəkilişi ilə bağlı işlərə başlanıldığını rəsmi olaraq elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Məlumata görə, Ceki Çan və Kris Takerin rol aldığı döyüş-komediya franşizasının növbəti hissəsinə yenidən Brett Ratner rejissorluq edəcək.
Maraqlıdır ki, "Pik saatı 4" ABŞ Prezidenti Donald Trampın xahişi ilə çəkilir.
Xatırladaq ki, filmin ilk hissəsi 1998-ci ildə ekranlara çıxıb.
