Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Ukrayna hökumətindən Serdyuçkaya xəbərdarlıq: Səfərbərliyə cəlb oluna bilər](https://images.oxu.az/2025/02/05/zwfyybJZnbBN5UbBkrL6WwYzlPLaBRIVfyafMf52:1200.jpg)
Ukrayna hökumətindən Serdyuçkaya xəbərdarlıq: Səfərbərliyə cəlb oluna bilər
Tanınmış müğənni, aktyor, yumorist, parodiyaçı, 2008-ci ildən Ukraynanın xalq artisti Verka Serdyuçkaya (Andrey Danilko) ölkəsindən nəzarətsiz çıxmaq qadağan edilib. O, səfərbərliyə cəlb ediləcəyi ilə təhdid olunur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Life SHOT" xəbər yayıb.
Bildirilir ki, 51 yaşlı Danilkonun korporativ tədbirlər üçün ölkədən çıxmasına icazə verilmir - o, yalnız ölkənin Mədəniyyət Nazirliyinin icazəsi ilə xeyriyyə konsertlərində çıxış edə bilər.
Bundan əlavə, çıxışlardan əldə edilən pullar Ukrayna prezidentinin ofisinə göndərilir və burada qonorarın taleyi barədə qərar verilir.
Daha bir şərt konsertlər zamanı Serdyuçkanın Ukraynanı dəstəkləməsidir. Bundan başqa, Danilko xüsusi əməkdaşın nəzarəti olmadan ölkəni tərk edə bilməz, həmin əməkdaş xaricdə də daim onun yanında olmalıdır.
Nəşrin araşdırmasına görə, Andrey Danilkonun agenti son aylarda bu şərtləri dəfələrlə müxtəlif Avropa ölkələrindən olan konsert təşkilatçılarına bildirib.
O da vurğulanır ki, Serdyuçkanın 2023-cü ildə ABŞ-a şəxsi turu artıq Danilko və onun komandasının hərbi xidmətə çağırış yaşına düşməsi səbəbindən ləğv edilib. Bildirilir ki, artist sərt səfər qaydalarını pozarsa, səfərbər olunacaq.
Rəylər