Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Validə Abbasova müsabiqədən mükafatla qayıtdı – Foto
Çində keçirilən “Yer kürəsi gözəli” müsabiqəsinə qatılan azərbaycanlı model Validə Abbasova vətənə qayıdıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, “Miss millenium” gözəli müsabiqədəki iştirakından və təəssüratlarından danışıb:
“Çox maraqlı, çətin, eyni zamanda da dünya səviyyəli bir yarışma idi. Azərbaycan ilk dəfə idi ki, bu müsabiqəyə qatılırdı. Məşqlər çox ağır idi. Müsabiqənin ən çox bəyənilən və dəstəklənən iştirakçılarından biri mən idim. Konkursda münsiflər və tamaşaçıların səsverməsi nəticəsində qalib seçildi.
Münsiflərin istəyi məni birinci görmək idi, amma qəbul etmədim. Çünki onların tələbi var idi: 1-ci seçilsəydim, bir il ərzində Çində qalmalı, xeyriyyə işləri ilə məşğul olmalıydım. Hazırda mənim buna ayıracaq vaxtım yoxdur. Öz həyatımla, qızımla məşğulam. İşlərim həddindən artıq çoxdur.
Məni daha çox Amerikadan, İsveçrədən və İtaliyadan dəstəkləyirdilər. İştirakçılar bir necə nominasiyada təltif edildilər.
Mən də əliboş qayıtmamışam. “Yer kürəsi gözəli” müsabiqəsinin siması seçildim, tac aldım. Birinci yerin sahibi isə Asiya təmsilçisi oldu. Son günə qədər liderliyi əldən vermədim: səsvermədə ya birinci, ya da ikinci idim”.