Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Beynəlxalq Ədalət Məhkəməsi: Sərhəd-buraxılış məntəqəsi qanunidir! - VİDEO
Ermənistanın ən azı bir həftənin ölkə üçün bəd xəbərsiz bitəcəyinə dair ümidləri yenə özünü doğrultmadı. Keçən həftə Ermənistana daha bir qulaqburması verildi.
Bu barədə “Caliber”in “YouTube” kanalının növbəti buraxılışında deyilir:
“Birincisi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova zəhlətökən erməni jurnalistin suallarına verdiyi cavablarla ölkəsinin cəmiyyətində “qalın tüstü” yaratdı. Nə siyasi, nə coğrafi, nə də inzibati mənada mövcud olan, eləcə də Laçın rayonundakı üç azərbaycanlı yaşayış məntəqəsinin tələsik uydurulmuş erməni adlarını xatırladan Zaxarova birmənalı olaraq belə bir mövqedən xəbərsiz olduğunu bildirdi, bundan başqa şərh verməkdən imtina etdi.
Erməni jurnalist “qulaqları ilə hiylə işlətməyə” macal tapmayıb - o, bu cür adların və mövqelərin yer aldığı suala məmurun istədiyi reaksiya ilə armagitprop arxivini doldura bilmədi.
Və ertəsi gün başqa bir "hədiyyə" gəldi. Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın məhkəmənin 22 fevral tarixli əvvəlki qərarında dəyişiklik edilməsi ilə bağlı bu il mayın 15-də verdiyi ərizə əsasında qərar çıxarıb”, - məlumatda deyilir.
"Bakı Əyləncə Mərkəzi (BƏM)" teqi üzrə xəbərlər
- Beynəlxalq Ədalət Məhkəməsində Qəzza məsələsi “yuxuda” həll edilir - VİDEO
- XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir
- BƏM-in Azərbaycanla bağlı qərarının elan ediləcəyi tarix açıqlandı
- Azərbaycan öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib - FOTO/VİDEO
- Milli Məclis Ermənistanın manipulyasiya cəhdləri ilə bağlı xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb