Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
“Təəssüflər olsun ki, pandemiyadan ikinci mərhələyə keçdikcə, koronavirusdan əvvəl yaşadığımız normal həyata dönə bilmirik. Çünki bu koronavirusun vaksini yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, karantin rejimindən mərhələli çıxmalıyıq:
“Bunun üçün qaydalar hazırlanıb, müəssisələrə təqdim olunub. Vətəndaşlar qaydalara riayət etmirlər. Nəticədə bu gün koronavirusa yoluxmada ciddi artan say qarşısındayıq”.
İlhamə Əbülfət
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Vüqar Qurbanov yeni baş həkim təyin etdi
- TƏBİB: "Yoluxucu xəstəliklər şöbəsində yetərli çarpayı sayı mövcuddur"
- Bayram tətili günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub
- Qusarda baş verən qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı
- Perinatal ölüm göstəriciləri niyə yüksəlir? - SƏBƏBLƏR və HƏLL YOLLARI
Rəylər