Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mənimsəmədə təqsirləndirilən direktorun müavininin işi məhkəməyə göndərildi
“Orbit-ay LTD” MMC-nin icraçı direktoru Rəsmiyyə Qazıyevanın həmin MMC-nin direktor müavini vəzifəsində işləmiş Xatirə Həmidova tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş cəmiyyətin xeyli miqdarda pul vəsaitini ələ keçirməsi barədə müraciəti əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar Nizami rayon prokurorluğu tərəfindən ləğv edilərək fakt üzrə 26.11.2019-cu il tarixində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Nizami rayon prokurorluğundan məlumat verilib.
Nizami rayon prokurorluğu tərəfindən aparılmış istintaqla Xatirə Həmidovanın 39 107 manat məbləğdə pul vəsaitini cəmiyyətin bank hesabında çeklərə imza atmaqla ələ keçirib, cəmiyyətin kassasına mədaxil etməməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
19.08.2020-ci il tarixində Xatirə Həmidova Cinayət Məcəlləsinin 179.2.2 (mənimsəmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddələrlə ittiham elan edilib və ibtidai istintaq yekunlaşdırılaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib