Bildiyimiz kimi, 7 sentyabr 2020-ci il tarixində Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin IX sinif şagirdi Solmaz Hacıyeva üçüncü mərtəbədən yıxılaraq xəsarət alıb.
Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, xəsarət nəticəsində məktəbli müxtəlif bədən xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumatda deyilir: “Təhsil Nazirliyi olaraq bu hadisədən məyus olduğumuzu bildirir və Solmazın tezliklə sağalaraq təhsilə qayıtmasını arzulayırıq. Hadisə ilə bağlı Təhsil nazirinin müşaviri R.Ağayev uşağa xəstəxanada baş çəkib, məktəblinin valideynləri ilə görüşüb və müalicənin gedişi ilə maraqlanıb.
Eyni zamanda, nazirliyin səlahiyyətli şəxsləri hadisənin baş verdiyi məktəbin ərazisinə gedib və məktəb rəhbərliyi, eləcə də hadisənin şahidləri ilə görüşüblər. Baş vermis hadisə aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Bir daha bildiririk ki, Təhsil Nazirliyi olaraq Solmazın və onun aiəsinin yanındayıq və hazırda ən vacib məsələ Solmazın sağlamlığıdır. Təhsil Nazirliyi hadisənin təfərrüatının araşdırılmasını diqqətdə saxlayır və ictimaiyyəti bu araşdırmanın nəticələri barədə məlumatlandıracaq”.
Könül Cəfərli
Rəylər