Sen
2021
10:55
2029
19
9016
Virtual karabakh

Polad Həşimovun qızı tələbə oldu

4 Sen, 2021
10:55
9016

Polad Həşimovun qızı tələbə oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun qızı Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub. 

Oxu.Az-ın məlumatına görə, generalın qızı Aybəniz Həşimova ATU-nun “Müalicə işi” fakültəsində təhsil alacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri