8 
İyl
2019
02:09
218
36
7413
yuxarı
Braziliya azlıqda qalsa da, çempion oldu - VİDEO
8 İyl, 2019
02:09
7413
218
36
Braziliya azlıqda qalsa da, çempion oldu - VİDEO
Braziliyada keçirilən Amerika Kuboku başa çatıb.
Oxu.Az xəbər verir ki, məşhur “Marakana” stadionunda keçirilən həlledici oyunda meydan sahibləri Peru ilə qarşılaşıb.
Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Titenin yetirmələrindən Everton, Qabriel Jezus və Riçarlison fərqləniblər. Perunun yeganə qoluna isə Gerrero imza atıb.
Braziliya yığması oyunun gedişində Q.Jezusun ikinci sarı vərəqə alaraq meydandan qovulmasına baxmayaraq, yekunda qələbə hesabını qorumağı bacarıb.
Bu, Braziliyanın 12 il sonra qazandığı ilk Amerika Kuboku çempionluğudur.
Qeyd edək ki, turnirdə üçüncü yeri Çiliyə 2:1 hesabı ilə qalib gələn Argentina yığması tutub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək