Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
EYOF-2019: Bu gün beş idmançımızın medal qazanmaq şansı var
Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında beşinci günə start verilib.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan təmsilçiçiləri beş idman növü üzrə mübarizə aparacaq.
Təmsilçilərimiz idman gimnastikası, atletika, velosiped idmanı, üzgüçülük və cüdoda qüvvələrini sınayacaq. Bu gün beş idmançımızın medal qazanmaq şansları var.
Təbii ki, ən böyük medal ümidlərimiz cüdoçularımızdır. Bu gün üç cüdoçu ilə təmsil olunacaq. Qızlarda Aytac Qardaşxanlı (-57 kq), oğlanlarda isə Mətin Rzazadə (-66 kq) və bayraqdarımız Vüqar Talıbov (-73 kq) tatamiyə çıxacaq. Aytac 1/16 finaldan, Mətinlə Vüqar 1/8 finaldan mübarizəyə qoşulacaq.
Saat 12:00-dan etibarən idman gimnastımız Səməd Məmmədli fərdi çoxnövçülükdə finalda çıxış edəcək. Onun da medal qazanmaq şansları az deyil.
Həmçinin, üzgüçülükdə Məryəm Şeyxəlizadəxangah 100 metr batterflay üsulu ilə üzməkdə finalda çıxış edəcək. O, 18:00-dan üzməyə başlayacaq.
Səbuhi Musayev
Rəylər