AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının IV turunda baş verən hadisələr müzakirə olunub.
Oxu.Az xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında hər iki komandanın bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə klublar 800 manat cərimə olunub.
“Sabah” – “Qəbələ” və “Keşlə” – “Səbail” görüşlərində bütün komandaların dörd futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün bu dörd klub 800 manat cərimə ödəyəcək.
“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.
Qeyd edək ki, bu, “Qarabağ”ın ikinci belə cəzasıdır.
Rəylər