14 
Okt
2019
12:45
135
18
1801
Virtual karabakh

Azərbaycan Dünya Çimərlik Oyunlarında iki medal qazandı - FOTO

14 Okt, 2019
12:45
1801

Azərbaycan Dünya Çimərlik Oyunlarında iki medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Olimpiya Komitələrinin Assosiasiyasının Qətərin paytaxtı Dohada keçirdiyi I Dünya Çimərlik Oyunlarının üçüncü yarış günündə Azərbaycan öz hesabına gümüş və bürünc medal əlavə edib.

Oxu.Az xəbər verir ki, qadınlar arasında triatlonun akvatlon növündə fərdi çıxış edən Kseniya Levkovskaya 30:03 nəticə ilə gümüş medal qazanıb. 

Bu yarışda ən yaxşı nəticəni ispaniyalı Fransiska Tous (29:38) əldə edib. Bürünc medala isə Rumıniyanı təmsil edən Antoanela Manak (30:17) yiyələnib.

Eyni idman növündə kişilər arasında çıxış edən Rostislav Pevtsov bürünc medalı 26:43 nəticə ilə əldə edib. Həmin yarışda qızıl medalı ispaniyalı Kevin Tarek Vinuelas (26:22), gümüş medalı isə Macarıstan təmsilcisi Mark Devay (26:29) qazanıb.

Qeyd edək ki, Avropa çempionatının dördqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi oktyabrın 12-də 24.30 nəticə göstərərək birinci mərhələni keçsə də, ikincidə mübarizəni dayandıraraq medalsız qalıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri