Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtaliyada Ekstra Avropa Oyunları keçiriləcək: Altı idmançımız yarışacaq
İtaliyanın Bari şəhərində para-taekvondo üzrə Avropa çempionatından sonra daha bir yarış start götürəcək.
Oxu.Az xəbər verir ki, 1-3 noyabr tarixlərində Ekstra Avropa Oyunlarına (taekvondo 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının proqramına daxil edilsə də, bu il Minskdəki yarışda olmayıb deyə belə adlanır – S.M.) start veriləcək.
G4 kateqoriyalı yarışda böyüklərdən ibarət yığma komandamızın altı üzvü mübarizə qatılacaq. Bu gün İtaliyaya yola düşən millinin heyətində Həşim Məhəmmədov (-58 kq), Cavad Ağayev (-68 kq), Radik İsayev (+80 kq), Patimat Abakarova (-53 kq), Fəridə Əzizova (-67 kq) və Zəhra Fazil Kalxoran (+67) yer alıb.
Bu yarışda öz çəkisində Olimpiya reytinqində lider olduğundan, Milad Beiqi Harçeqani yarışmayacaq. Olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuza istirahət veriləcək.
45 Avropa ölkəsindən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, II yer 24,5 xal, III yerə sahib olan isə 17,5 xal əlavə etmiş olacaq.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər – Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi komandamız 4 noyabrda vətənə dönəcək.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər