17 
Sen
2020
21:52
539
121
14665
Virtual karabakh

“Neftçi” “Qalatasaray”a məğlub olub, Avrokuboklarla vidalaşdı - YENİLƏNİB + FOTO/VİDEO

17 Sen, 2020
21:52
14665

“Neftçi” “Qalatasaray”a məğlub olub, Avrokuboklarla vidalaşdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” - “Qalatasaray” matçı bitdi. 

Oyun 1:3 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə yekunlaşdı. 

Beləliklə, “Neftçi” bu il Avrokuboklarla vidalaşdı. 

21:20

“Neftçi” - “Qalatasaray” oyununda qonaqlar üçüncü qola imza atıblar.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi hesab arasındakı fərqi çoxaldıb. 

48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib - 1:3.

21:05

“Neftçi” - “Qalatasaray” matçının ikinci hissəsinin ilk dəqiqələri iki qolla başladı. 

Əvvəlcə oyunun 46-cı dəqiqəsində “Neftçi” hesabı bərabərləşdirsə də, bu qolun sevinci cəmi bir dəqiqə çəkib. Tezliklə  “Qalatasaray” yenidən hesabda irəli çıxıb: 1:2.

20:47

“Neftçi” - “Qalatasaray” matçında ilk hissə bitib. Hesab 0:1 qonaqların xeyrinədir. 

20:19

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” - “Qalatasaray” matçında hesab açılıb. 

Oyunun 19-cu dəqiqəsində “Qalatasaray”ın futbolçusu Mbaye Diaqne baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb: 0:1.

20:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” və Türkiyənin “Qalatasaray” klubları arasındakı matçın start fiti çalındı. 

19:29

UEFA Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" və Türkiyənin "Qalatasaray" klublarının start heyətləri açıqlanıb. 

Maraqlıdır ki, qonaqların ulduz oyunçularından Radamel Falkao və Arda Turan ilk 11-likdə yoxdurlar.

"Neftçi": 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 10. Saman Nərimancahan, 7. Namik Ələskərov, 24. Yusuf Laval, 13. Prins İbara

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Rener Alves De Souza, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tallison Dias

Baş məşqçi: Füzuli Məmmədov

"Qalatasaray": 99. Fatih Öztürk, 14. Martin Linnes (k.), 45. Markao, 27. Kristian Luyindama, 36. Marselo Saraççi, 4. Taylan Antalyalı, 54. Emre Kılınc, 8. Rayan Babel, 10. Yunes Belhanda, 19. Ömer Bayram, 90. Mbaye Diaqne

Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Omar Elabdullaui, 9. Radamel Falkao, 15. Rayan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli

Baş məşqçi: Fatih Terim

09:35

“Neftçi” bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsində matça çıxacaq.

Rəqib bu turnirin əvvəlki sələfi sayılan UEFA Kubokunu 20 il əvvəl qazanmış Türkiyənin “Qalatasaray” klubudur.

Hər 30 ildən bir “Neftçi” ilə qarşılaşan “Qalatasaray” 1960 və 1990-cı illərdə qalib gələ bilməyib. Həmin dövrdə o qədər də güclü olmayan 22 qat Türkiyə çempionu və 18 qat Türkiyə kubokunun qalibi “Qalatasaray” 60 ildən sonra ilk dəfə Bakıda oyun keçirəcək.

“Neftçi” – “Qalatasaray” cütünün qalibinin növbəti mərhələdəki rəqibi də bu gün bilinəcək. Bakılılar turu adlasa, “Renova” (Şimali Makedoniya) – “Xayduk” (Xorvatiya) duelində üstün olan komandanı qəbul edəcək.

Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
20:00 “Neftçi” – “Qalatasaray” (Türkiyə) 

Hakimlər: Kevin Klensi, Devid MakQişi, Qrem Stüart, Yuan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri