Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Avstriyanın qonağı olub.
Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:1.
F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.
01:16
Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub.
Meydan sahibləri 4-cü dəfə fərqləniblər.
69-cu dəqiqədə Kristof Baumqartner adını tabloya yazdırıb.
Avstriya seçməsi hazırda 4:1 hesabı ilə öndədir.
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda məğlub olub - YENİLƏNİB + VİDEO
23:45
Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.
Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
22:26
AVRO-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner
Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Qeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Rəylər