Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çimərlik daşlarına görə 900 avro
Ərlə arvad avtomobillərində suvenir olaraq Sardiniya çimərliklərindən daşları aparmağa cəhd göstəriblər.
Oxu.Az xəbər verir ki, polis əməkdaşları turistləri Romadan Çivitavekyaya yola düşən bərədə saxlayıblar.
Oğurlanmış daşlarla dolu bağlamalar avtomobilin oturacaqlarında gizlədilib.
Müsadirə edilən daşlar çimərliklərə qaytarılması üçün Dəniz İdarəsinə təhvil verilib.
Oğurluğa cəhd edən turistlər isə 900 avro məbləğində cərimələniblər.
Ən çox oxunanlar
Rəylər