Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gürcüstanda sığorta şirkəti fermerdən canavarın yediyi inəyin sümüyünü istədi
Gürcüstanda sığorta şirkəti fermerdən canavarın parçaladığı inəyin sümüklərini istəyib.
“Georgia Online” portalının məlumatına görə, inək sığortalandığı üçün sahibi baş vermiş hadisə ilə əlaqədar “Aldaqi” sığorta şirkətindən kompensasiya istəyib.
Şirkət nümayəndəsi isə inəyin sümüklərinin 70 faizinin təqdim olunacağı halda pulun ödəniləcəyini bildirib.
Əlacsız qalan fermer iki gün ərzində meşədə inəyin sümüklərini axtarıb. Tapdığı sümükləri şirkətə təqdim etsə də, pulu ödəyəcək bank müqavilə müddətinin bitdiyini əsas gətirərək vəsaiti ödəməkdən imtina edib.
Ən çox oxunanlar
Rəylər