Ən yaşlı seçici 92 saylı Zərdab-Ucar seçki dairəsində olan Zərdab rayonunun Məlikli kənd sakini 125 yaşlı Bayramova Süfü Mikayıl qızı bu gün səsvermə hüququndan istifadə edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 125 yaşlı nənə daşınan seçki qutusunda səs verib.
Hazırda 3 övlad, 9 nəvə və altı nəticə sahibi olan Süfü Bayramova keçmişdə kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında işləyib.