Azərbaycanda iyun ayının hava proqnozu açıqlanıb.
Oxu.Azxəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasından az, dağlıq və dağətəyi ərazilərdə isə normaya yaxın olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək.
Gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından (norma 9-12 mm) az olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 16-21 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcə isti gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr temperatur 18-23 dərəcə isti təşkil edəcək.