İyun ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasından əsasən yüksək olacağı, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər az olacağı gözlənilir.
Birinci ongünlükdə havanın temperaturu getdikcə yüksələcək. Bəzi günlərdə temperaturun iqlim normasından 4-6 dərəcə yüksək olacağı gözlənilir.
İkinci ongünlükdə şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 24-29, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-4 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 9-12 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 23-27 dərəcə isti (gecələr 17-22, gündüzlər 26-31, bəzi günlərdə 35-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 21-35 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 16-19 dərəcə isti (gecələr 13-18, gündüzlər 18-23, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (86-130 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər az olacağı (46-63 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 31-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, bəzi günlərdə 26-31, gündüzlər 34-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 3-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 12-49 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-25 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-5 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 29-47 mm) gözlənilir.
Rəylər