ABŞ-nin Qlendeyl şəhərində minik avtomobilinin bağçaya çırpılması nəticəsində səkkiz uşaq xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı xəbər verib.
Telekanalın yaydığı məlumatda bildirilir ki, 79 yaşlı qadın avtodayanacaqda maşını döndərməyə cəhd edərkən qaz və əyləc pedallarını səhv salıb.
Hadisədən dərhal sonra uşaqlar tibb işçiləri tərəfindən müayinə ediliblər. Dəqiqləşdirilib ki, zərərçəkənlərdə heç bir ciddi travma qeydə alınmayıb.
Qaynar xətt:
(055) 224 12 12