Çinin Şençjen şəhərində humanoid robotlar rinqə çıxıblar.
Oxu.Az xəbər verir ki, bu döyüşü əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
"EngineAI T800" tipli insanabənzər robotların qeyri-rəsmi döyüşünü əks etdirən video internet istifadəçiləri arasında böyük maraq doğurub.
Kadrlarda məğlub olan robotun hətta baş hissəsi sıradan çıxdıqdan sonra belə hərəkət etməyə və döyüşü davam etdirməyə çalışdığı görünür.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub.