Ekvadorun Kanyar əyalətində naməlum şəxslər Prezident Daniel Noboanın avtomobilini atəşə tutublar.
Oxu.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, prezidentin korteji təxminən 500 nəfərlik izdihamla əhatə olunub və dövlət başçısı tədbirə yaxınlaşan zaman onlar avtomaşına daş atıblar.
"Prezidentin avtomobilində güllə izləri də aşkarlanıb", - məlumatda qeyd olunub.
Daha əvvəl də analoji hadisənin təkrarlandığı, prezidentin xəsarət almadığı açıqlanmışdı.