Hollivud aktyoru Corc Kluni bəyan edib ki, cavanlığında narkotik aludəçisi olub.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.
"Oskar" mükafatlı 64 yaşlı aktyor bildirib ki, karyerasının ilk illərində qadağan olunmuş vasitələr qəbul edib, lakin eksperimentləri heç vaxt ona böyük problemlər yaratmayıb.
"Mən həddindən çox narkotik qəbul etdiyim barədə zarafatlar etmişəm, lakin həqiqət budur ki, narkotiklər heç vaxt mənim üçün böyük problem olmayıb", - deyə o etiraf edib.