Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ərdoğan: "TUSAŞ terrorunun Suriyadan sızma ehtimalını öyrənirik"
"Bu terror hücumunda Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) seçilməsi təsadüfi deyil. Terrorçular təkcə bir şirkəti deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu açıqlama ilə BRICS-in Kazanda keçirilən sammitindən ölkəsinə qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Türkiyənin hüquq mühafizə orqanları terrorun qarşısını alarkən ölkənin gələcəyini canları bahasına müdafiə ediblər:
"Təəssüflər olsun ki, xain hücumda şəhidlərimiz oldu, çoxlu yaralımız var".
Türkiyə prezidenti vurğulayıb ki, təhlükəsizlik qüvvələri hücumu həyata keçirən terrorçuları çox qısa müddətdə zərərsizləşdirib:
"Bu terror hücumunun Suriyadan sızma nəticəsində meydana gəlmək ehtimalını xüsusi olaraq öyrənirik. Bu məqsədlə gecə boyu 40 fərqli yerdə əməliyyatlar keçirilib. Bu əməliyyatlarla terrorçulara ən ağır cavab veriləcək".
"Türkiyədə terror" teqi üzrə xəbərlər
- Türkiyənin sabiq xarici işlər naziri: "İşğal dövründə Ermənistana xəbərdarlıq etmişdim"
- Etibar məsələsi, yoxsa inad? - PKK sözünə əməl edəcəkmi?
- Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı
- Ərdoğan: "Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib"
- PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb