Hindistanın şimal-şərqində yerləşən Meqhalaya ştatında mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Oxu.Az-ın "Sinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisdən bildiriblər.
Bundan başqa, hadisə nəticəsində xəsarət alan doqquz nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir və itki sayının artması istisna olunmur.
Qeyd edək ki, Hindistanda kömür mədənində partlayış fevralın 5-də baş verib.