Ukrayna Milli Polis İdarəsinin müavini Dimitri Kravçenko Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədovu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevanı və oğurlanan iş adamı Hikmət Abdullayevin oğlunu qəbul edib.
Bu barədə Oxu.Az-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, iki saat davam edən etiraz aksiyasından sonra Ukrayna Milli Polisinin İdarəsi baş vermiş cinayət hadisəsinin ciddi nəzarətə götürüldüyünü, artıq cinayətkar qruplaşmanın izinə düşdüklərini bildirib.
Qətnamədə bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən dövr ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb. Baş vermiş cinayət işlərinin heç birinin üstü açılmayıb. Ukraynadakı Azərbaycan diasporu ölkə prezidentinə, Ukrayna Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa dəfələrlə müraciət etsə də, bunun heç bir nəticəsi olmayıb.
Ukraynada yaşayan xalqlar arasında yalnız Azərbaycanlı iş adamlarının oğurlanmasının böyük şübhə və sual doğurduğunu vurğulayan soydaşlarımız nazir Avakovun bu məsələlərə tezliklə aydınlıq gətirməyəcəyi təqdirdə ukraynada yaşayan soydaşlarımızın kütləvi oturaq aksiyasına başlayacaqlarını bildiriblər. Etiraz mitinqi iştirakçılar adından Ukrayna Daxili İşlər Nazirliyinə qəbul olunmuş qətnamənin oxunması ilə başa çatıb.
Qeyd edək ki, Kiyevdə Azərbaycan icmasının 150-yə yaxın üzvü Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası keçirib. Ukraynada yaşayan xalqlar arasında yalnız azərbaycanlı iş adamlarının oğurlanmasının böyük şübhə və sual doğurduğunu vurğulayan soydaşlarımız nazir Avakovun bu məsələlərə tezliklə aydınlıq gətirməyəcəyi təqdirdə Ukraynada yaşayan soydaşlarımızın kütləvi oturaq aksiyasına başlayacaqlarını bildiriblər.
Ukrayna Daxili İşlər Nazirliyini fəaliyyətsizlikdə günahlandıran aksiya iştirakçıları 2017-ci il dekabr ayının 11-də axşam saat 19:00 radələrində evlərinə gedərkən yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən zor tətbiq edilərək oğurlanmış iş adamı Hikmət Abdullayevin hələ də girovluqda saxlanıldığını, quldur dəstə haqda heç bir ölçü götürülmədiyini qeyd ediblər. Etiraz mitinq iştirakçıları adından Ukrayna Daxili İşlər Nazirliyinə qəbul olunmuş qətnamənin oxunması ilə başa çatıb.
Elvin Əhmədov
www.oxu.az