"ABŞ hazırkı mərhələdə İranla hərbi əməliyyatların dayandırılması barədə danışıqlar aparmağa və razılaşma əldə etməyə can atmır".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbətində bəyan edib.
"Səmimi desəm, biz buna can atmırıq. Əvvəlcə mən razılaşma əldə etmək istəyirdim. Amma çox şey dəyişib, onların ölkəsindən çox az şey qalıb. Ona görə də biz buna can atmırıq. Danışıqlar, yəqin ki, baş tuta bilər. Amma biz hazırda bunu nəzərdən keçirmirik", - deyə Tramp vurğulayıb.
Donald Tramp, həmçinin əlavə edib ki, İranla müharibə ABŞ-də noyabrda keçiriləcək seçkidən dərhal sonra başa çatacaq.
Qeyd edək ki, ABŞ-də parlament seçkisi noyabrın 3-də keçiriləcək.