ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini bildirib.
Oxu.Az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
ABŞ liderinin sözlərinə görə, Hörmüz boğazı İrana məxsus limanlara gedən gəmilər istisna olmaqla, bütün gəmilərin keçidi üçün açıqdır.
"Bu, bir qədər çətindir, çünki onlar dəfələrlə mina atırlar. Biz həmin minaları tapırıq. Bilirsiniz, biz bütün boğazı minalardan təmizləmişik. Ola bilsin, bunu eşitməmisiniz, amma biz boğaza 100 faiz nəzarət edirik", - deyə Tramp bildirib.
Qaynar xətt:
(055) 224 12 12