Türkiyə məhkəməsi “Charlie Hebdo” fransız satirik jurnalının yeni nüsxəsinin üz qabığının yer aldığı saytların bağlanması haqqında qərar qəbul edib. Bu barədə Agence France-Presse məlumat verib.
“Qərara alınıb ki, “Charlie Hebdo” üz qabığının olduğu müvafiq internet saytlara giriş bağlansın”, məlumatda qeyd olunub.
Oxu.Az-ın məlumatına görə, çərşənbə günü nəşr olunmuş “Charlie Hebdo” üz qabığında “Hər şey bağışlanıb” başlığı ilə və əlində Je suis Charlie (“Mən Şarliyəm”) tutmuş Məhəmməd peyğəmbərin karikaturası təsvir olunub.