Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə uçarkən pilotsuz uçuş aparatının hücumu təhlükəsi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe NRK-ya şərhində bildirib.
"Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala pilotsuz uçuş aparatı tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq budur", - Norveç hökumətinin başçısı deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Norveçin paytaxtı Osloda Yonas Qar Störe ilə görüşüb.
Danışıqlar zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini, xüsusilə "Patriot" sistemləri üçün raketlərlə təminatı müzakirə ediblər.