İspaniya La Liqasında I tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Real Madrid" doğma meydanda "Osasuna"nı qəbul edib.
Matçda yeganə qolu görüşün 51-ci dəqiqəsində Mbappe vurub. O, 11 metrlik cərimə zərbəsindən qapını dəqiq nişan alıb - 1:0.
Qeyd edək ki, turun digər oyunlarında "Real Madrid"in əzəli rəqibləri "Atletiko Madrid" "Espanyol"a 1:2 hesabı ilə məğlub olub, "Barselona" isə "Mallorka"nı 3:0 hesabı ilə üstələyib.
Bu gün İspaniya La Liqasında I tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Real Madrid" doğma meydanda "Osasuna"nı qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Real Madrid"in əzəli rəqibləri "Atletiko Madrid" "Espanyol"a 1:2 hesabı ilə məğlub olub, "Barselona" isə "Mallorka"nı 3:0 hesabı ilə üstələyib.
Xatırladaq ki, hərəyə üç xalı olan "Barselona", "Rayo Vallekano", "Viyareal", "Xatafe", "Atletik Bilbao", "Alaves" və "Espanyol" 1-7-ci yerləri bölüşür.
19 avqust
İspaniya La Liqası
I tur
Saat 23:00, "Real Madrid" - "Osasuna".