UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
"Qarabağ"ın "Ferentsvaroş"la səfər matçı ilə eyni vaxtda daha iki oyun baş tutub.
Serbiyanın "Srvena Zvezda" klubu doğma meydanda Kiprin "Pafos" komandası ilə qarşılaşıb. Matç qonaqların minimal üstünlüyü ilə yekunlaşıb - 1:2.
Digər görüşdə isə Şotlandiyanın "Reyncers" klubu Belçikanın "Brügge" komandası ilə üz-üzə gəlib. Meydan sahibləri qonaqların üç qoluna yalnız bir dəqiq zərbə ilə cavab verməyi bacarıblar - 1:3.
Xatırladaq ki, komandalar arasında cavab matçları avqustun 27-də keçiriləcək.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə üç matç keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olacaq.
Eyni saatda digər iki oyun da baş tutacaq. Serbiyanın "Srvena Zvezda" klubu doğma meydanda Kiprin "Pafos" komandası ilə qarşılaşacaq. Digər görüşdə isə Şotlandiyanın "Reyncers" klubu Belçikanın "Brügge" komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında cavab matçları avqustun 27-də keçiriləcək.
19 avqust
UEFA Çempionlar Liqası, Pley-off
Saat 23:00, "Ferentsvaroş" - "Qarabağ";
Saat 23:00, "Srvena Zvezda" - "Pafos";
Saat 23:00, "Reyncers" - "Brügge".