Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubunda baş məşqçi dəyişikliyi olub.
Oxu.Az xəbər verir ki, klub Tomaş Kaçmarekə üçillik müqavilə təklif edib.
Kaçmarek mövsümün əvvəlindən Ekstraklasa (Polşa peşəkar futbol klublarının çıxış etdiyi güclülər dəstəsi) təmsilçisi "Radomyak Radom"a rəhbərlik edib. O, daha əvvəl "Rakuv"da köməkçi məşqçi kimi də çalışıb.
Qeyd edək ki, "Rakuv" Ekstraklasanın ilk yeddi turunda xal qazana bilməyib və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Mahir Emreli isə bu mövsüm "Rakuv"un əsas hücumçularından biridir. 29 yaşlı futbolçu bütün turnirlərdə 11 oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib.