Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış matçı Qəbələdə olub.
Şəhərin eyniadlı təmsilçisi "İmişli"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən sonra "qırmızı-qaralar" 4 xalla altıncı, eyni xala malik "İmişli" isə yeddinci pillədədir.
Günün digər qarşılaşmasında isə "Kəpəz" Gəncə şəhər stadionunda "Şamaxı"nı sınağa çəkəcək. Görüşə saat 20:15-də start veriləcək.
Turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12