İsrail aviasiyasının növbəti hava hücumu nəticəsində Qəzza zolağında Fələstin futbolunun ulduzu, milli komandanın keçmiş yarımmüdafiəçisi Əhəd Zakut həlak olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 49 yaşlı Zakutun yaşadığı evə bomba düşüb.
Son illər Zakut məşqçilik fəaliyyəti ilə məşğul idi, Fələstin televiziyasında veriliş aparırdı.