Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AFAD: İstanbul zəlzələsində 35 kilometrlik qırılma xətti parçalandı
Mərmərə dənizində dünən baş verən zəlzələlər nəticəsində təxminən 35 kilometr uzunluğunda və 9.5 kilometr enində olan bir qırılma seqmenti parçalanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Mərmərə Dənizində baş verən 6.2 bal gücündəki zəlzələyə dair ilkin hesabatında xəbər verib.
AFAD-ın məlumatına görə, əsas təkandan sonra 4 və daha böyük gücdə olan 7 təkan da daxil olmaqla, ümumilikdə 184 təkrar silkələnmə qeydə alınıb. Bu təkanların əsasən Mərmərə Orta Çuxurunun şimal kənarında və əsas qırılma xəttinə yaxın bölgələrdə baş verdiyi vurğulanıb.
AFAD Zəlzələ Elm Şurası tərəfindən aparılan ilkin qiymətləndirməyə görə, qırılma xəttində təxminən 30 santimetrlik yerdəyişmə baş verib.
Xatırladaq ki, aprelin 23-də İstanbulun Silivri sahillərində yerli vaxtla saat 12:49-da 6.2 bal gücündə zəlzələ baş verib və həm İstanbulda, həm də ətraf vilayətlərdə vətəndaşlar arasında təşvişə səbəb olub. Yeraltı təkanın Şimali Anadolu Qırılma Xəttinin Orta Mərmərə seqmentində, yerin təxminən 7 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin təxminən 13 saniyə davam etdiyi və 300 kilometrlik bir ərazidə hiss edildiyi vurğulanıb.
"İstanbulda zəlzələ" teqi üzrə xəbərlər
- Türkiyədə zəlzələ olub, İstanbulda da hiss olunub
- Türkiyəli mütəxəssis İstanbulda zəlzələyə ən dayanıqlı və təhlükəli bölgələrin xəritəsini paylaşdı
- İstanbulda böyük zəlzələlər gözlənilir? - Türkiyəli professordan PROQNOZ
- Türkiyədə 6.2 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib
- İstanbulda ard-arda zəlzələlər qeydə alınıb