Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yaşa dolduqca yuxunu yaxşılaşdırmağın yolu tapıldı
Alimlər müəyyən ediblər ki, mavi işıq bədənin təbii bioritmlərinə müsbət təsir göstərərək, evdə yaşayan yaşlı insanlarda yuxunun keyfiyyətini yaxşılaşdırır.
Oxu.Az xəbər verir ki, müvafiq araşdırma "GeroSience" jurnalında dərc olunub.
Məlum olduğu kimi insanlar yaşa dolduqca doyunca yatmaqda çətinlik çəkirlər. Onlar gecə vaxtı tez-tez yuxudan oyanırlar, gündüz vaxtı isə yorğunluq güclənir.
Bu dəyişikliklərin səbəblərindən biri odur ki, yaşlandıqca gözlər yuxunun tənzimlənməsində vacib rol oynayan işığın qəbulunda daha az effektiv olurlar.
Alimlər müxtəlif işıq növlərinin yuxuya təsirini öyrəniblər. Araşdırmanın nəticələri göstərib ki, səhər saatlarında mavi işıqdan istifadə gündüz aktivliyin və yuxunun yaxşılaşmasına kömək edir.
"Yuxusuzluq problemi" teqi üzrə xəbərlər
- Piylənmənin qarşısını almağın yolu - HƏKİM MƏSLƏHƏTİ
- Bir gecəlik yuxusuzluğun həyat üçün təhlükəli nəticələri açıqlandı
- Yaxşı yedikdən sonra insanın niyə yuxusu gəlir? - Alimlərdən maraqlı TƏDQİQAT
- Bir neçə dəqiqəyə yuxuya getməyin 5 sirri - Nevroloqdan TÖVSİYƏ
- Yuxusuzluq problemi olanlar üçün təbii vasitə