Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cina Lollobricidanın dəfn mərasiminin vaxtı bilindi – YENİLƏNİB + FOTO
Məşhur italyan aktrisası Cina Lollobricidanın dəfn mərasimi cümə axşamı, yanvarın 19-da keçiriləcək.
Vida mərasimi isə çərşənbə və cümə axşamı Kapitoli təpəsindəki Roma şəhər meriyasının Protomoteka zalında baş tutacaq.
Dəfn mərasimi Romadakı Xalq Meydanında yerləşən Santa Maria in Montesanto kilsəsində təşkil olunacaq.
Qeyd edək ki, italyan kino uduzu bazar ertəsi 95 yaşında öz vətənində vəfat edib.
Mənbə: TASS
16:42
Məşhur italyan aktrisa Cina Lollobricida 95 yaşında vəfat edib.
O, “Fanfan-zanbaq” (“Fanfan La Tulipe”), “Paris Notrdam kilsəsi” (“Notre-Dame de Paris”), “Gecə gözəlləri” (“Les belles de nuit”), “Ərli dul qadın” (“Woman of Straw”) filmləri ilə şöhrət qazanıb.
Lollobricida “İtaliya Respublikasına xidmətlərinə görə” ordenin böyük zabiti, “Fəxri Legion” ordeninin kavaleri olub, 2018-ci ildə isə Los-Ancelesdəki Hollivud Şöhrət xiyabanında ulduz alıb.
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu