Məşhur ifaçı Bed Banni (Bad Bunny) 2026-cı il "Emmi" mükafatı nominasiyaları siyahısında adını tarixə yazdırıb.
Oxu.Az "Variety" nəşrinə istinadən xəbər verir ki, superulduzun "Super Boul" (Super Bowl LX) fasilə şousu rekord sayda - 9 nominasiya əldə edib. Bu, "Emmi" tarixində bir "Super Boul" şousu üçün ən yüksək göstəricidir.
Bed Banni fevral ayında baş tutan "Super Boul" səhnəsində Puerto-Riko mədəniyyətini əks etdirən möhtəşəm şou təqdim edib. Çıxışda xüsusi qonaq qismində Riki Martin və Ledi Qaqa da iştirak ediblər.
Qeyd edək ki, 2017-ci ildə Ledi Qaqanın şousu 6 nominasiya ilə bu rekordun sahibi idi, lakin Bed Banni 9 nominasiya ilə həmin göstəricini geridə qoymağı bacarıb.
Sayca 78-ci "Emmi" mükafatlandırma mərasimi sentyabrın 14-də, bazar ertəsi günü Los-Ancelesdəki "Peacock Theater" səhnəsində keçiriləcək.