Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cessika Alba boşanma şayiələrini şərh etdi
Hollivud ulduzu Cessika Alba əri Keş Uorrenlə boşanma şayiələrinə ilk dəfə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə aktrisa sosial şəbəkədəki şəxsi səhifəsində post paylaşıb.
Albanın sözlərinə görə, Keşlə həyatlarında yeni bir səhifənin başlanmasının vaxtı gəlib.
"Uzun illərdir həm şəxsi inkişaf, həm də Keşlə tərəfdaşlıq baxımından özünüreallaşdırma və transformasiya yolundayam. Son 20 ildə nikahımızda necə böyüdüyümüzlə fəxr edirəm", - deyə ulduz etiraf edib.
Aktrisa, həmçinin əlavə edib ki, onlar yaxşı münasibətdə qalıblar və bir-birilərinə hörmətlə irəli gedəcəklər.
Bundan əlavə, Cessika və Keş ümumi uşaqlarına görə ünsiyyəti qoruyub saxlayacaqlar.
Rəylər