Əməkdar artist Röya Ayxan üç illik fasilədən sonra ilk dəfə ATV-nin canlı yayımına çıxıb.
Oxu.Az xəbər verir ki, “Zaurla Günaydın” proqramına qonaq olan sənətçinin verilişdə oğlu Hüseynlə tək olması diqqətdən yayınmayıb.
Maraqlı anlarla yadda qalan proqramda üç il sonra ATV-də canlı yayıma çıxdığı üçün Röyanın ayağı ilə qırması üçün pilləkana boşqab qoyulub. Amma müğənninin onu sındırmağa gücü çatmayıb.
Canlı yayım zamanı Zaurla nərd oynayan müğənni Baxşəliyevlər ailəsi ilə selfi çəkdirib. Fotonu Zaurun “Instagram” hesabında paylaşan məşhurlar əlli mininci rəyi yazan şəxsə Röyanın “Iphone X” verəcəyini açıqlayıb. Daha sonra müğənni 120 mininci, sonda isə 150 mininci rəy yazana telefon verəcəyini deyib.
Fotoya iki saat ərzində 260 mindən çox rəy yazılaraq Azərbaycan rekorduna imza atılıb.
Pərviz Hüseyn
www.oxu.az