Şimali Koreya Cənubi Koreyanın məşhur qrupu BTS-in musiqisinə qarşı mübarizəyə başlayıb. Bunun səbəbi yerli gənclər arasında qrupa həddindən artıq marağın olmasıdır.
Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, Cənubi Koreyanın müdafiə naziri Sin Von Tsik bununla bağlı fəaliyyətə keçdiyini açıqlayıb.
O, qeyd edib ki, Şimali Koreya gənclər arasında BTS-in rəqslərini təqlid etmək həvəsinin geniş yayılması səbəbindən qrupun populyarlığını əngəlləmək üçün əlindən gələni edir.
Nazir BTS musiqisinin Şimali Koreyaya yayımlanmasının psixoloji müharibənin effektiv forması olduğunu və Şimali Koreya cəmiyyətində dəyişikliyin katalizatoru ola biləcəyi barədə düşüncələrini bölüşüb.
Qeyd edək ki, BTS ("Beyond The Scene") 2013-cü ildə Cənubi Koreyada yaradılmış qrupdur. Müxtəlif ölkələrdə tanınır və beynəlxalq musiqi müsabiqələrində qələbələr qazanıb.
Rəylər